Əsas Səhifə > Hadisə > Naxçıvanda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var
Naxçıvanda avtobusla minik maşını toqquşub, xəsarət alanlar varBu gün, 12:45 |
|
Naxçıvanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, hadisə Naxçıvan–Şahbuz magistralının Babək rayonunun Şıxmahmud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili ilə 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində Abbas Rəsul oğlu Abbasov, Bəylər Eldəniz oğlu Vəliyev və Yaqut Elsevər qızı Hənifəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onıar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |