Əsas Səhifə > İnfrastruktur > Xocalıda yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib
Xocalıda yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilibBu gün, 12:42 |
|
Xocalı şəhərində artan məskunlaşma nəzərə alınaraq yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) təşkil etdiyi mediaturda məlumat verilib. Bildirilib ki, şəhərin əsas su mənbəyi subartezian quyusudur. Mövcud tələbatın ödənilməsi məqsədilə daha bir quyu qazılıb, həmçinin Badara çayından şəhərə qədər diametri 160 mm, uzunluğu 3,3 km olan yeni su xətti çəkilib. Şəhər bir hidravlik zona üzrə fəaliyyət göstərir və burada ümumi tutumu min kubmetr olan iki su anbarı mövcuddur. Su şəbəkəsinin uzunluğu 5 km təşkil edir. Xocalının mərkəzi hissəsində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri aparılıb. Kanalizasiya sisteminin təmizlənməsi üçün məhsuldarlığı 2x200 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bundan başqa qeyd olunub ki, rayonun Ballıca, Təzəbinə, Badara, Xanyurdu və Şuşakənd kəndlərinin su təchizatı sistemləri bərpa olunaraq istismara verilib. Xanabad və Seyidbəyli kəndlərində isə su təchizatı sistemi yenidən qurulub. Hazırda şəhərdə fəaliyyətini bərpa etmiş dövlət qurumları və müxtəlif təşkilatların əməkdaşlarının məskunlaşdığı 364 istehlakçıya xidmət göstərilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Xocalı şəhərinə 145 ailə, rayonun kəndlərinə isə ümumilikdə 877 ailə köçürülüb. Geri qayıt |