Əsas Səhifə > SİYASƏT > Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclası müzakirə edilib

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclası müzakirə edilib


Bu gün, 14:04


Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclası ilə bağlı müzakirələr aparılıb.

Şəffaflıq.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, P. Şahbazov Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı David Reed ilə görüşüb.

Görüşdə iki ölkə arasında həyata keçirilən neft-qaz və dekarbonizasiya layihələrinin inkişafı, regional interkonnektorlar üzrə əməkdaşlıq imkanları ilə də bağlı müzakirələr aparılıb.


Geri qayıt