Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edibBu gün, 14:15 |
|
Gürcüstanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, protokola uyğun olaraq, təntənəli qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib. General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, abidələrin önünə əklillər qoyub. Şəffaflıq.az Geri qayıt |