Əsas Səhifə > SAĞLAMLIQ > Ötən il Azərbaycanda ilk dəfə vərəmə yoluxanların sayı 170 nəfər azalıb
Ötən il Azərbaycanda ilk dəfə vərəmə yoluxanların sayı 170 nəfər azalıbBu gün, 14:11 |
|
Azərbaycanda 2025-ci ildə 2 197 nəfər ilk dəfə vərəm diaqnozu ilə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edək ki, bu göstərici 2024-cü ilin statistikası ilə müqayisədə 170 nəfər azdır. Ötən il ölkədə vərəmdən ölənlərin sayı 144 nəfər olub, ki onlardan 121-i kişi, 23-ü qadındır: Məlumata əsasən ən çox yoluxma faktı 30 və yuxarı yaş şəxslərdə qeydə alınıb: "Belə ki, sözügedən yaş aralığında 1447 nəfər, 18-29 yaşda 552, 14-17 yaşda 135, 0-13 yaşda isə 63 nəfər vərəmə yoluxub". Şəffaflıq.az Geri qayıt |