Əsas Səhifə > SİYASƏT > Gələn il Azərbaycan və Avropa İttifaqı arasında siyasət və təhlükəsizlik dialoqu baş tutacaq

Gələn il Azərbaycan və Avropa İttifaqı arasında siyasət və təhlükəsizlik dialoqu baş tutacaq


Bu gün, 11:33


Azərbaycan-Avropa İttifaqı (Aİ) siyasət və təhlükəsizlik üzrə dialoqu gələn il üçün planlaşdırılıb.

Bu barədə Aİ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Azərbaycan-Aİ siyasət və təhlükəsizlik üzrə növbəti dialoq gələn il keçirilməlidir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Onun Brüsseldə keçirilməsi gözlənilir", - səfirlikdən bildirilib.

Qeyd edək ki, mayın 20-də Bakıda Azərbaycan və Aİ arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclasın həmsədrləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuq olub. Tərəflər formatı genişləndirərək onu Azərbaycan-Aİ siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqu adlandırmağa razılaşıblar. Bu da ikitərəfli strateji əhəmiyyətindən xəbər verir.

Şəffaflıq.az


Geri qayıt