Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Nyu-York yaxınlığındakı şəhərdə iğtişaşlar səbəbilə komendant saatı elan edilib
Nyu-York yaxınlığındakı şəhərdə iğtişaşlar səbəbilə komendant saatı elan edilibBu gün, 10:38 |
|
Nyu-Cersi ştatının Nyuark şəhərində (Nyu-Yorkdan 20 km məsafədə yerləşir) etirazçılarla polis arasında baş verən bir sıra şiddətli toqquşmalardan sonra miqrantların saxlanma mərkəzi ətrafındakı ərazidə komendant saatı tətbiq edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Şəhər meri Ras Baraka qeyd edib ki, komendant saatı 21:00-dan 06:00-dək qüvvədə olacaq. Mərkəz yaxınlığında kütləvi etirazlar mayın 22-dən bəri səngimir. Etirazlar içəridəki miqrantların aclıq aksiyası elan etməsindən sonra başlayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, səbəb dözülməz saxlanma şəraiti olub: məhbuslara yararsız yemək verilib, tibbi yardımdan imtina edilib və qeyri-insani rəftara məruz qalıblar. Məlumata görə, mərkəzi yaxınlığında vəziyyət həftə sonları kəskinləşib, maskalı fəallar mühafizə baryerlərini dağıtmağa, avtomobil təkərlərini yandırmağa başlayıblar. Geri qayıt |