Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Cənubi Koreyada zavodda baş verən partlayışda dörd nəfər həlak olub

Cənubi Koreyada zavodda baş verən partlayışda dörd nəfər həlak olub


Bu gün, 09:50


Cənubi Koreyanın Tecon şəhərində yerləşən "Hanwha Aerospace" müdafiə korporasiyasının istehsalat obyektində baş verən partlayış nəticəsində azı dörd nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Bu barədə Şəffaflıq.az yerli "Yonhap" agentliyinə istinadən xəbər verir.

Partlayış bazar ertəsi səhər saatlarında, ilkin məlumata görə, zavodun birinci mərtəbəsində baş verib, hadisənin səbəbləri hələlik müəyyən edilməyib. Yanğınsöndürənlər hazırda binanı bürümüş yanğını söndürməyə çalışırlar.

Cənubi Koreya Prezidenti Li Çje Myon xilasetmə əməliyyatının keçirilməsi üçün bütün mövcud resursların səfərbər olunması barədə tapşırıq verib.


Geri qayıt