Əsas Səhifə > İnfrastruktur > Həftənin ilk günü Bakıda 12 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Həftənin ilk günü Bakıda 12 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb


Bu gün, 09:48


Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. "20 Yanvar" dairəsində;

12. Həsən bəy Zərdabi küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.


Geri qayıt