Əsas Səhifə > İnfrastruktur > Naxçıvanda yol nişanları yenilənir

Naxçıvanda yol nişanları yenilənir


Bu gün, 15:02


Naxçıvan Muxtar Respublikasında yollarda təhlükəsizliyin artırılması məqsədilə küçə və prospektlərdə mövcud nişanlara baxış keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, standartlara və normativ-texniki tələblərə cavab verməyən, yararsız vəziyyətdə olan, istismar müddəti bitmiş yol nişanlarının müəyyən edilməsi istiqamətində iş aparılıb.

Monitorinqin nəticələrinə əsasən, sözügedən yol nişanlarının müasir standartlara uyğun yeniləri ilə əvəzlənməsi zəruri hesab edilib.

Hazırda Naxçıvanda müvafiq yol nişanlarının standartlara uyğun dəyişdirilməsi həyata keçirilir.

İlkin mərhələdə 650 yol nişanı yenilənib. Proses davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt