Əsas Səhifə > İnfrastruktur > ADY Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət edib
ADY Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət edibBu gün, 14:49 |
|
Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı digər sənədlərin təqdim olunması mütləqdir. Bu barədə Şəffaflıq.az "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir. Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir. "Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib. Geri qayıt |