Əsas Səhifə > SİYASƏT > Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub


Bu gün, 14:45


Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.


Geri qayıt