Əsas Səhifə > Hadisə > Şəkidə selin apardığı körpü-keçid bərpa olunur

Şəkidə selin apardığı körpü-keçid bərpa olunur


Bu gün, 14:35


Şəkidə ötən gün sel sularının apardığı körpü-keçid bərpa edilir.

Şəffaflıq.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında intensiv yağışlar nəticəsində ərazidən keçən sel rayonun Cunud kəndini Şəki şəhəri və Baş Layısqı kəndi ilə birləşdirən körpü-keçidi yararsız vəziyyətə salıb.

Nəticədə kənd əhalisinin şəhərlə gediş-gəliş əlaqəsi kəsilib.

Bu gün səhər saatlarından etibarən, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçidin bərpa işlərinə başlanılıb. Hazırda ərazidə texnikaların köməyi ilə bərpa işləri aparılır.


Geri qayıt