Əsas Səhifə > Hadisə > Oğuzda sel körpünü aparıb, bir kəndlə əlaqə kəsilib
Oğuzda sel körpünü aparıb, bir kəndlə əlaqə kəsilibBu gün, 14:17 |
|
Oğuzda sel suları körpünü aparıb, bir kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Şəffaflıq.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında yağan yağışlar rayonun Mollalı kəndində fəsadlara səbəb olub. Kənd ərazisindən keçən Türyançay çayına sel gəlməsi nəticəsində çay üzərindəki körpü dağılıb. Hazırda Mollalı kənd sakinlərinin rayon mərkəzinə çıxışı məhdudlaşıb. Əraziyə Oğuz Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Geri qayıt |