Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblərBu gün, 09:47 |
|
TƏBİB-in icraçı direktoru Anar Bayramov və ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı arasında keçirilən görüşdə səhiyyə sahəsində mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, insan resurslarının inkişafı, rəqəmsal səhiyyə həllərinin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində həmçinin prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, texniki dəstək mexanizmlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub. Şəffaflıq.az Geri qayıt |