Əsas Səhifə > İdman > Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri ETU komitələrinə təyin edilib

Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri ETU komitələrinə təyin edilib


Bu gün, 16:59


Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri beynəlxalq qurumun komitələrinə seçiliblər.

Bu barədə ATF-dən məlumat verilib.

Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-nin mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.

Şəffaflıq.az


Geri qayıt