Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Finlandiya DİM-lərin lokallaşdırılması sistemini çoxsəviyyəli qarşılıqlı əməkdaşlıq əsasında qurur

Finlandiya DİM-lərin lokallaşdırılması sistemini çoxsəviyyəli qarşılıqlı əməkdaşlıq əsasında qurur


Bu gün, 13:00


Finlandiya Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması sistemini uzunillik idarələrarası və çoxsəviyyəli qarşılıqlı əməkdaşlıq əsasında qurur.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Finlandiya Ətraf Mühit Nazirliyinin baş məsləhətçisi Yuri Yuslen Bakıda keçirilən WUF13 çərçivəsində "DİM-lərin lokallaşdırılması: tərəfdaşlıqlar və innovasiyalar vasitəsilə sistemli dəyişikliklərin irəliləməsi" mövzusuna həsr olunmuş panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ölkədə dayanıqlı inkişaf sahəsində 1990-cı illərdən həyata keçirilən şəhər proqramları da daxil olmaqla, sabit koordinasiya sistemi fəaliyyət göstərir.

O qeyd edib ki, Finlandiyada 50-dən çox bələdiyyəni əhatə edən və həm Yeni Şəhər Gündəliyinin, həm də DİM-lərin yerli səviyyədə tətbiqinə yönəlmiş dayanıqlı şəhərlər proqramı işə salınıb.

"Bizdə əsas rolu baş nazirin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Komissiya oynayır. O, artıq 33 ildir mövcuddur və parlamentariləri, nazirlikləri, bələdiyyələri, regionları, QHT-ləri və dini təşkilatları birləşdirir. Bu, bir koordinasiya mexanizmində iştirakın genişliyini nümayiş etdirir", - o bildirib.

O həmçinin vurğulayıb ki, gündəliyin həyata keçirilməsinə Finlandiya Şəhərləri və Bələdiyyələri Assosiasiyası və vətəndaş cəmiyyətinin, şəhər şəbəkələrinin və regional məsləhətləşmələrin məlumatlarının nəzərə alındığı könüllü milli icmallar sistemi əhəmiyyətli töhfə verir.


Geri qayıt