Əsas Səhifə > SİYASƏT > Azər Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
Azər Məmmədov Ağstafada vətəndaşları qəbul edəcəkBu gün, 12:33 |
|
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağstafa rayonunda növbəti vətəndaş qəbulu keçirəcək. Şəffaflıq.az "Azəriqaz"a istinadən xəbər verir ki, qəbul mayın 22-də saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər. Geri qayıt |