Əsas Səhifə > REGİON > Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub

Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub


Bu gün, 11:43


Türkiyənin Malatya vilayətində 5,6 maqnitudalı zəlzələ olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkan Battalqazi rayonunda qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 7 kilometrdir.


Geri qayıt