Əsas Səhifə > SİYASƏT > Qubada dini təhlükəsizliyə həsr olunan regional konfrans keçirilir
Qubada dini təhlükəsizliyə həsr olunan regional konfrans keçirilirBu gün, 13:05 |
|
Qubada "Dini təhlükəsizlik müstəvisində xarici təsirlər və profilaktik tədbirlər" mövzusunda regional konfrans təşkil olunub. Şəffaflıq.az-ın məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq. Geri qayıt |