Əsas Səhifə > SİYASƏT > Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib
Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyibDünən, 16:53 |
|
Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Nazir WUF13-ün yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycanı təbrik edib: "Burada müxtəlif ölkələrin pavilyonlarını gəzdim və məmnun qaldım. Birləşmiş Ərəb Əmirlikləri ilə şəhərsalma sahəsində bir sıra danışıqlar apardıq və görüşlər faydalı keçdi. WUF13-də atılacaq addımları da COP31 çərçivəsində bir daha müzakirə edəcəyik". M.Kurum həmçinin diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlər sürətlə inkişaf etməkdə və möhkəmlənməkdədir: "Türkiyə və Azərbaycan liderlərinin siyasi baxımdan aldığı qərarlar hər iki ölkəni inkişafa aparır. Güclərimizi daha da artırmağı hədəfləmişik". Geri qayıt |