Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Milli Observatoriya beynəlxalq sertifikata layiq görülüb

Milli Observatoriya beynəlxalq sertifikata layiq görülüb


Bu gün, 13:54


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ISO 30401:2018 beynəlxalq sertifikatına layiq görülüb.

Şəffaflıq.az xəbər verir ki, həmin sertifikat təşkilatlarda biliklərin idarə olunması sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üçün tələbləri müəyyən edir.

Eyni zamanda, bu standartın əsas məqsədi isə biliklərin dəyərə çevrilməsini dəstəkləməkdir.

Qeyd edək ki, Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahəsində araşdırmalar aparır, analitik məlumatlar toplayır, siyasətlərin hazırlanmasına dəstək verir və biliklərin paylaşılmasını təmin edir.


Geri qayıt