Əsas Səhifə > SİYASƏT > Ötən həftə 1200 hektardan çox ərazi minalardan təmizlənib

Ötən həftə 1200 hektardan çox ərazi minalardan təmizlənib


Bu gün, 13:48


Azad olunan ərazilərdə mayın 11-dən 17-nə qədər qədər 25 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 378 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1266.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


Geri qayıt