Əsas Səhifə > EKOLOGİYA > Rəşad İsmayılov Laçında vətəndaşları qəbul edib
Rəşad İsmayılov Laçında vətəndaşları qəbul edibDünən, 15:22 |
|
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov mayın 15-də Laçın rayonunda Laçın və Kəlbəcər rayonlarından olan sakinləri qəbul edib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb. Şəffaflıq.az Geri qayıt |