Əsas Səhifə > SİYASƏT > Füzulidə I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib
Füzulidə I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib15-05-2026, 12:44 |
|
Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb. R.Cəfərov Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq. Geri qayıt |