Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İraq Hörmüz boğazından neftin tranzitinə görə əhəmiyyətli endirimlər təklif edib
İraq Hörmüz boğazından neftin tranzitinə görə əhəmiyyətli endirimlər təklif edibBu gün, 15:40 |
|
İraq Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda alıcıları cəlb etmək üçün neft qiymətlərini kəskin şəkildə aşağı salıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, İraqın "State Oil Marketing Organization" dövlət şirkəti may ayına olan tədarüklər üçün uzunmüddətli alıcılara əhəmiyyətli endirimlər təklif edib. "Basrah Heavy" markalı neftin bir bareli mayın 1-dən 10-dək yüklənən partiyalar üçün 33,4 ABŞ dollarına qədər endirimlə təklif olunur. Bu müddətdən sonra endirim təxminən 26 ABŞ dollarına qədər azalır. "Basrah Medium" markalı neft də rəsmi satış qiymətindən təxminən 30 dollar aşağı qiymətə təklif olunur. Eyni zamanda sövdələşmə şərtlərində göstərilib ki, alıcılar nefti artıq Hörmüz boğazından keçdikdən sonra - Fars körfəzində qəbul etməlidirlər. Bu bənd regionda gərginliyin kəskinləşməsi fonunda dəniz daşımaları ilə bağlı artan riskləri əks etdirir. Bildirişdə həmçinin vurğulanır ki, qiymət şərtləri mövcud xüsusi şərait nəzərə alınmaqla formalaşdırılıb, bu halda fors-major müddəaları tətbiq olunmayacaq. Agentlik qeyd edir ki, faktiki olaraq bu, müqavilələrin icrası və mümkün geosiyasi risklərlə əlaqədar məsuliyyəti alıcıların üzərinə qoyur. Bazar iştirakçıları endirmləri Bağdadın tədarükdə fasilələlərin yaranması ilə bağlı narahatlıqları fonunda ixrac həcmlərini qorumaq cəhdi kimi qiymətləndirirlər. Eyni zamanda Hörmüz boğazından məcburi tranzit sövdələşmələrdə iştirak etmək istəyənlərin sayını məhdudlaşdıra bilər. Geri qayıt |