Əsas Səhifə > ELM VƏ TƏHSİL > Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək


Bu gün, 18:13


Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Şəffaflıq.az


Geri qayıt