Əsas Səhifə > ELM VƏ TƏHSİL > Aprelin 5-də keçirilmiş buraxılış imtahanında 8 nəfər maksimal nəticə göstərib

Aprelin 5-də keçirilmiş buraxılış imtahanında 8 nəfər maksimal nəticə göstərib


Bu gün, 17:57


Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı ilə buradan tanış olun) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.


Geri qayıt