Əsas Səhifə > EKOLOGİYA > Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib


Bu gün, 15:16


Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Su Ehtiyatları Agentliyinin, "Azərişıq" ASC-nin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak edib.

İclasda İşçi Qrupunun fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və 2026-2027-ci illəri əhatə edən iş planı müzakirə olunub, Qrupun katibi təyin edilib və iş planı təsdiq olunub.

Xatırladaq ki, sözügedən İşçi Qrup Azərbaycan Prezidentinin 2026-cı il 7 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar"a uyğun olaraq yaradılıb.

İşçi Qrupunun əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, o cümlədən onların yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl etməsi, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.


Geri qayıt