Əsas Səhifə > Dünya > UEFA avrokubokları dayandırdı

UEFA avrokubokları dayandırdı


12-03-2020, 19:48

 

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqası yarışları dayandırılıb. 

"Marca" xəbər verir ki, bu barədə qərarı UEFA qəbul edib.

Avropa futbol qurumunun tezliklə rəsmi açıqlaması gözlənilir.

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk 8 oyunundan 6-sı keçirilməli idi. Onlardan 4-nə azarkeşlər buraxılmayacaqdı. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşləri isə təxirə salınmışdı. Çempionlar Liqasının 1/8 final mərhələsinin qalan 4 cavab oyunu isə gələn həftə keçirilməli idi.  

Daha əvvəl koronavirus pandemiyası üzündən İtaliya və İspaniya çempionatları dayandırılıb. Bir sıra ölkənin çempionatları azarkeşsiz keçirilir. MBA-nın və Avroliqanın müntəzəm çempionatları da dayandırılıb.

Bu addım koronavirus epidemiyasının yayılması səbəbindən atılıb.

Şəffaflıq.az
Geri qayıt