Əsas Səhifə > Digər > Lider TV-nin yayımı bərpa olundu

Lider TV-nin yayımı bərpa olundu


11-03-2020, 15:00

 

Lider TV-nin yayımı bərpa olunub.

Lider telekanalı əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Lider TV-nin yayımı dayanıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib. O qeyd edib ki, bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək, telekanalın maliyyə borcu var.

Şəffaflıq.az
Geri qayıt