Əsas Səhifə > Hadisə > Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb
Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıbBu gün, 14:23 |
|
Maştağada evdən 8000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar. Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib. Araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |