Əsas Səhifə > İnfrastruktur > "Azərpoçt"un rəhbərliyi dəyişib

"Azərpoçt"un rəhbərliyi dəyişib


Bu gün, 11:47


"Azərpoçt" MMC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

Şəffaflıq.az-ın məlumatına görə, bu, Manaf Babayevdir.

O, Azərbaycan Dövlət İqtisad Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə bakalavr, "İqtisadiyyatın idarə edilməsi" ixtisası üzrə isə magistr təhsili alıb.

M.Babayev peşə fəaliyyətinə bank sektorunda başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb, daha sonra "Aztelekom" MMC-də maliyyə nəzarəti üzrə rəhbər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Baş Maliyyə Direktoru işləyib, son təyinata qədər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini olub.


Geri qayıt