Əsas Səhifə > REGİON > İstanbulda yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib
İstanbulda yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənibBu gün, 09:48 |
|
Türkiyənin İstanbul şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, yanğın birinci mərtəbədəki mənzildə başlayıb və sürətlə yayılaraq binanı bürüyüb. Əraziyə təcili tibbi yardım, polis əməkdaşları, yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər aralarında uşaqlar da olmaqla, 20 sakini binadan təxliyə ediblər. Hadisə nəticəsində 9 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Onların səhhəti barədə məlumat verilmir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Araşdırma aparılır. Geri qayıt |