Əsas Səhifə > REGİON > Aleksey Overçuk: Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

Aleksey Overçuk: Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var


Bu gün, 12:38


Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Biz bilirik ki, Azərbaycanda rus dilinə nə qədər qayğı ilə yanaşılır – o, məktəblərdə tədris olunur. Həmçinin universitetlərimiz arasında əlaqələrin gücləndirilməsinə marağı da görürük. Dünən Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi müzakirə olunub", – A.Overçuk qeyd edib.

Onun sözlərinə görə, rus dilinin yayılması sahəsində qarşılıqlı fəaliyyət mövzuları da müzakirə edilib.

"Lakin öz tərəfimizdən başa düşürük ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və biz buna kömək edəcəyik. Bundan əlavə, biz Azərbaycan Respublikasını Rus Dili üzrə Beynəlxalq Təşkilata qoşulma imkanını nəzərdən keçirməyə dəvət etdik", – vitse-premyer vurğulayıb.


Geri qayıt