Əsas Səhifə > Gündəm > Prezidentin iştirakı ilə Milli Məclisin ilk iclası başladı - YENİLƏNİB

Prezidentin iştirakı ilə Milli Məclisin ilk iclası başladı - YENİLƏNİB


10-03-2020, 11:11

 

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

Prezident İlham Əliyev iclasda iştirak edir.

İclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

Şəffaflıq.az
Geri qayıt