Əsas Səhifə > MILLI MƏCLİS > Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək

Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək


13-04-2026, 11:55


Milli Məclis Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı parlamentə "Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında qanun layihəsi daxil olub.

Sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Geri qayıt