Əsas Səhifə > Dünya > NATO-da koronavirusa ilk yoluxma halı qeydə alındı

NATO-da koronavirusa ilk yoluxma halı qeydə alındı


9-03-2020, 22:39

 

NATO-nun mənzil-qərargahında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

NATO-dan verilən açıqlamaya əsasən, Brüsseldə mənzil-qərargahda çalışan yüksək vəzifəli şəxslərdən biri koronavirusa yoluxub.

Məsələ ilə bağlı qərargahda işləyənlərin hamısı məlumatlandırılıb. Əməkdaşlar fəaliyyətlərini evdə davam etdirir.

Şəffaflıq.az
Geri qayıt