Əsas Səhifə > Hadisə > Xəzər dənizində yenidən zəlzələ olub

Xəzər dənizində yenidən zəlzələ olub


7-04-2026, 10:20


Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:35-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub.

Qeyd edək ki, aprelin 7-si saat 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Şəffaflıq.az


Geri qayıt