Əsas Səhifə > Cəmiyyət > Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur


31-03-2026, 00:25


Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq.

Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilib. Bu səbəbdən 29 may tarixi də qeyri-iş günü sayılacaq.

Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq.


Qeyd edək ki, 9 may - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may tarixi də qeyri-iş günü hesab ediləcək.

Bununla da, həftəsonları da daxil olmaqla may ayında ümumilikdə 14 gün iş olmayacaq.


Geri qayıt