Əsas Səhifə > Digər > Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi


6-03-2020, 22:21

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan istefa verib.

Şəffaflıq.az “Report” istinadən bildirir ki, o, işdən çıxdığına dair ərizə yazdığını “Facebook” səhifəsində elan edib.

“23 il ərzində hərbi strukturların birində xidmət etməyi arzulamışam. Silahlı qüvvələr sahəsində xidmət edəcəyimə şadam”, - deyə o yazıb.

Qeyd edək ki, Arsrun Ovannisyan 2012-ci ilin iyulunda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi təyin edilib. 
Geri qayıt