Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp hesab edir ki, İran hələ üç il əvvəl nüvə silahına sahib ola bilərdi
Tramp hesab edir ki, İran hələ üç il əvvəl nüvə silahına sahib ola bilərdi3-03-2026, 09:45 |
|
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmasaydı, İran hələ üç il əvvəl nüvə silahına sahib ola bilərdi. Şəffaflıq.az-ın məlumatına görə, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "Əgər mən Obamanın (ABŞ-nin keçmiş prezidenti Barak Obama - red.) İranla bağladığı o dəhşətli nüvə sövdələşməsini ləğv etməsəydim, onlar üç il əvvəl nüvə silahı əldə edərdilər", - Tramp qeyd edib. Amerika liderinin fikrincə, BHFP ABŞ-nin indiyədək bağladığı "ən təhlükəli sövdələşmə" idi. "Və əgər onun reallaşmasına imkan verilsəydi, dünya indi tamamilə fərqli yer olardı", - Tramp bildirib. Xatırladaq ki, daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi "BBC" telekanalının efirində İranın nüvə silahına malik olmadığına əminliyini ifadə edib. Geri qayıt |