Əsas Səhifə > Gündəm > AZAL Bakı-Tehran reysinə məhdudiyyət tətbiq etdi

AZAL Bakı-Tehran reysinə məhdudiyyət tətbiq etdi


29-02-2020, 19:27

 

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana / dan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi "Buta Airways"in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - [email protected] ilə əlaqə saxlaya bilər.
Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.
Geri qayıt