Əsas Səhifə > Dünya > Tbilisidə baş verən yanğın lokallaşdırıldı

Tbilisidə baş verən yanğın lokallaşdırıldı


28-02-2020, 21:14
 Tbilisidəki Mtatsminda dağının ətəyində baş verən yanğın lokallaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.
Yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən cəlb olunub. Alovun Mtatsminda parkının ərazisinə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğınsöndürən briqada gecə ərzində yanğın zonasına nəzarət edəcək. 
Geri qayıt