Əsas Səhifə > İnfrastruktur > Bakı-Ağstafa-Bakı qatarı üzrə endirimli qiymətlə əlavə reyslər təyin edilib
Bakı-Ağstafa-Bakı qatarı üzrə endirimli qiymətlə əlavə reyslər təyin edilib13-01-2026, 15:05 |
|
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edib. Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Xatırladaq ki, yanvarın 5-dən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 % endirim tətbiq olunur. Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib. Geri qayıt |