Əsas Səhifə > İqtisadiyyat > İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb12-01-2026, 23:26 |
|
"Forex" beynəlxalq bazarında yanvarın 12-də USD/IRR məzənnəsi 1 dollar üçün 994 min 55 İran rialına çatıb. Şəffaflıq.az İran mediasına istinadən xəbər verir ki, yanvarın 9-da isə pik həddə çataraq 1 dollar üçün 1 milyon 260 riala bərabər olmuşdu. Qeyd edək ki, 2025-ci ilin sonunda 1 dollar 42 min 50 İran rialı olub. Beləliklə, bu il "Forex" bazarında dollar İran rialına qarşı 2 278.74% bahalaşıb. "Qara bazar"da isə yanvarın 6-da məzənnə 1 dollar üçün 1.4825 milyon İran rialına düşüb. Eyni zamanda, 2025-ci il dekabrın 31-də 1 dollar 1 milyon 35 rial dəyərində qiymətləndirilib, noyabrın ortalarında, İranda genişmiqyaslı iğtişaşlardan əvvəl dollar valyutadəyişmə məntəqələrində 1 milyon 12 rial olub. Yanvarın 12-də isə məzənnə 1 dollar üçün 1 milyon 44 rial təşkil edib. Geri qayıt |