Əsas Səhifə > Hadisə > Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib9-01-2026, 13:47 |
|
Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 1992-ci il təvəllüdlü Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın qaytarılmasına dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. O, 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs olunub. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib. Şəffaflıq.az Geri qayıt |