Əsas Səhifə > Hadisə > Azərbaycanda güclü yanğın: kollecin 8 otağı kül oldu

Azərbaycanda güclü yanğın: kollecin 8 otağı kül oldu


26-02-2020, 10:26
Zaqatalada yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəffaflıq.az


Geri qayıt