Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis əkin yerinin yandırılması ilə bağlı yeni cərimələri son oxunuşda qəbul edib

Milli Məclis əkin yerinin yandırılması ilə bağlı yeni cərimələri son oxunuşda qəbul edib


Bu gün, 13:50


Milli Məclis əkin yerinin yandırılması ilə bağlı yeni cərimələri son oxunuşda qəbul edib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə görə, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirdilər.

Sənəddə qeyd edilib ki, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Geri qayıt