Əsas Səhifə > REGİON > Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 63 əcnəbi deportasiya edilib
Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 63 əcnəbi deportasiya edilibBu gün, 10:55 |
|
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son bir neçə gün ərzində ölkədən 63 xarici vətəndaşı deportasiya edib. Bu barədə Şəffaflıq.az nazirliyə istinadən xəbər verir. Məlumata görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları ölkədən çıxarılıb. Qeyd edilib ki, cari ilin əvvəlindən bu günədək Gürcüstandan deportasiya olunan xarici vətəndaşların ümumi sayı 1302 nəfərə çatıb. Geri qayıt |